Xəbərlər
Astara rayonunda yubiley tədbirləri davam edir

Astara rayonu Elman Ağayev adına Səncərədi kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Nəzərov Araz Şöhüb oğlunun yubileyi münasibətilə geniş və yaddaqalan tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Araz müəllimin uzunillik pedaqoji fəaliyyətindən, məktəb kollektivində qazandığı nüfuzdan, təhsil sahəsindəki xidmətlərindən və gənc nəslin təlim-tərbiyəsindəki əvəzsiz rolundan bəhs etmişlər. Bildirilmişdir ki, Araz müəllim peşəkarlığı, zəngin təcrübəsi və yüksək insani keyfiyyətləri ilə həm həmkarlarının, həm də şagirdlərinin dərin hörmətini qazanmışdır.
Yubilyar səmimi-qəlbdən təbrik olunmuş, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulanmışdır.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Araz müəllim Fəxri Fərman və hədiyyə ilə təltif olunmuşdur.
Hörmətli Araz müəllimə uzun ömür, möhkəm sağlamlıq və gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!







