Xəbərlər
Astara rayonunda yubiley tədbirləri davam edir.

Astara rayonu Azad İbrahimov adına Şuvi kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Muradov Natiq Nizam oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Yubiley tədbirində çıxış edənlər Natiq müəllimin uzunillik səmərəli pedaqoji fəaliyyətindən, gənc nəslin təlim-tərbiyəsində, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna sadiq yetişdirilməsində göstərdiyi xidmətlərdən bəhs etmiş, onu əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və bundan sonrakı fəaliyyətində yeni uğurlar arzulamışlar.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Muradov Natiq Nizam oğluna təhsil sahəsindəki səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur.




