Xəbərlər
Astara rayonunda yubiley tədbirləri davam edir.
14/09/2026, 15:27

Astara rayonu Bala Şahağac kənd ümumi orta ümumtəhsil məktəbinin texniki işçisi Rzayeva Zahirə Əbdüləli qızının 65 illik yubileyi münasibətilə məktəbdə tədbir keçirilib.
Tədbirdə Zahirə xanımın uzun illər ərzində göstərdiyi nümunəvi əmək fəaliyyəti, işinə məsuliyyətli və vicdanlı yanaşması, eləcə də kollektivdə qazandığı hörmət və nüfuzundan bəhs olunub.
Çıxış edənlər yubilyarı əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıblar.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Zahirə xanıma xatirə hədiyyəsi təqdim olunub.




