“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara rayonunda yüksək nəticə göstərərək tələbə adını qazanan məzunlarla görüş keçirilib

02/09/2026, 20:51
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin təşkilatçılığı ilə 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə yüksək nəticə göstərərək qəbul olmuş və tələbə adını qazanmış məzunlarla görüş keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd gənclərin təhsil sahəsində qazandıqları uğurları yüksək qiymətləndirmək, onların əməyini və nailiyyətlərini təqdir etmək, eyni zamanda tələbə adını qazanan məzunları stimullaşdırmaq olub.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov və Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva çıxış edərək məzunları qazandıqları uğur münasibətilə təbrik edib, onlara ali təhsil həyatında uğurlar, yüksək nəticələr və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.

Görüşün sonunda ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan məzunlara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Məzunlarımızı bir daha təbrik edir, onlara tələbəlik həyatında bol uğurlar, yüksək nailiyyətlər və parlaq gələcək arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: