Xəbərlər
Astara rayonunda Ziya Bünyadov adına 2 nömrəli tam orta məktəbin əməkdaşının 60 illik yubileyi qeyd olunub

Astara şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin təsərrüfat işləri üzrə direktor müavini Qurbanova Təranə Zakir qızının anadan olmasının 60 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər yubilyarın uzun illər ərzində təhsil sahəsində, xüsusilə məktəbin təsərrüfat işlərinin yüksək səviyyədə təşkili və idarə olunması istiqamətində göstərdiyi səmərəli fəaliyyətini yüksək qiymətləndirmiş, onun məsuliyyətli, işgüzar və prinsipial yanaşmasının kollektiv üçün daim nümunə olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, Təranə xanım zəhmətkeşliyi, peşəkarlığı və insanlara səmimi münasibəti ilə həmkarlarının dərin hörmətini qazanmışdır.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov və Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva iştirak etmiş, yubilyarı səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulamışlar.
Sonda Qurbanova Təranə Zakir qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.







