Xəbərlər
Astara rayonunun Hamoşam kənd məktəbində 65 illik yubiley qeyd olunub.
30/12/2025, 21:35

Astara rayonu Rəhman Babayev adına Hamoşam kənd tam orta ümumtəhsil məktəbinin dalandarı İsmayılov Şöhrət Əmin oğlunun 65 illik yubileyi münasibətilə məktəbdə geniş və əlamətdar tədbir təşkil olunub.
Tədbirdə məktəbin kollektivi İsmayılov Şöhrəti səmimi qəlbdən təbrik edib, onun uzun illər ərzində göstərdiyi dürüst, məsuliyyətli və fədakar əməyini yüksək qiymətləndiriblər.
İsmayılov Şöhrətə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən qiymətli hədiyyə ilə təltif olunub.






