Xəbərlər
Astara şagirdləri Respublika Fənn Olimpiadalarında böyük uğura imza atıblar

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov Respublika Fənn Olimpiadalarında uğur qazanan şagirdlərimizi təbrik edib.
Respublika Fənn Olimpiadalarında Astara rayonu Pensər kəndi Zülfüqar Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdləri yüksək nəticə göstərərək qaliblər sırasına daxil olublar.
Məktəbin şagirdi
1. Şahverdiyev Rəsul İlkin oğlu biologiya fənni üzrə qızıl medal.
2. Abiyev Hikmət Fikrət oğlu fizika fənni üzrə gümüş medal.
ETİHİ Astara Rayon Komitəsi Cabir Hüseynov şagirdləri qazandıqları nailiyyət münasibətilə təbrik edərək onlara gələcək təhsillərində və elmi fəaliyyətlərində yeni uğurlar arzulayıb. O, həmçinin bu uğurda əməyi olan müəllim və valideynlərə təşəkkürünü bildirib.
Sonda olimpiada qaliblərinə hədiyyələr təqdim olunub, onların müəllimləri isə təşəkkürnamə ilə təltif ediliblər.







