Xəbərlər
Astara şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasında yubiley tədbiri keçirilmişdir.
29/10/2026, 18:02

Astara şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasının texniki işçisi Məmmədova Fərqanə İslam qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Fərqanə xanımın uzun illər ərzində göstərdiyi nümunəvi əmək fəaliyyəti, işinə məsuliyyətlə yanaşması və kollektiv arasında qazandığı hörmət xüsusi vurğulanıb.
Çıxış edənlər yubilyarı əlamətdar günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıblar.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fərqanə xanıma xatirə hədiyyəsi təqdim olunub.







