“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasının əməkdaşı Fərqanə Məmmədovanın 65 illik yubileyi qeyd olunub

13/11/2026, 16:30
xeber1

Astara şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasının texniki işçisi Məmmədova Fərqanə İslam qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Fərqanə xanımın uzun illər ərzində göstərdiyi nümunəvi əmək fəaliyyəti, işinə məsuliyyətlə yanaşması və kollektiv arasında qazandığı hörmət xüsusi vurğulanıb.

Çıxış edənlər yubilyarı əlamətdar günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıblar.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fərqanə xanıma xatirə hədiyyəsi təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: