“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim Xatirə Rəsulovanın yubileyi qeyd olundu

10/03/2026, 14:18
xeber1

Astara şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Rəsulova Xatirə Mərhəmət qızının 60 illik yubileyi münasibətilə məktəbdə geniş və əlamətdar tədbir təşkil olunmuşdur.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri, Astara rayonu üzrə təhsil sektorunun müdiri və məktəbin kollektivi iştirak etmişdir. Çıxış edənlər Xatirə müəllimi yubiley münasibətilə səmimi-qəlbdən təbrik edərək, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi dürüst, məsuliyyətli və fədakar fəaliyyətini yüksək qiymətləndirmişlər.

Tədbir iştirakçıları Xatirə müəllimə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulamışlar.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Xatirə müəllim fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: