“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində yubiley tədbiri keçirilmişdir.

23/10/2026, 10:42
xeber1

Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin texniki işçisi Məlikova Toyfə Yusif qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Toyfə xanımın uzun illər ərzində göstərdiyi nümunəvi əmək fəaliyyəti, işinə məsuliyyətlə və vicdanla yanaşması, kollektiv arasında qazandığı hörmət və nüfuz xüsusi vurğulanıb.

Çıxış edənlər yubilyarı əlamətdar günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıblar.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Toyfə xanıma xatirə hədiyyəsi təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: