“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Heybət Hüseynovun məktəbi bitirməsinin 75 illiyi qeyd edildi

11/06/2026, 18:24
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin təşkilatçılığı ilə Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Hüseynov Heybət Əli oğlunun məktəbi bitirməsinin 75 illiyi münasibətilə məktəbdə təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Astara Rayon Təhsil Sektorunun müdiri, Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin rəhbərliyi, müəllim kollektivi, məktəbin əməkdaşları və şagirdləri iştirak etmişlər.

Çıxış edənlər Heybət müəllimi bu əlamətdar yubiley münasibətilə səmimi-qəlbdən təbrik etmiş, onun həyat və fəaliyyətindən, təhsilə və cəmiyyətə verdiyi töhfələrdən bəhs etmişlər. Bildirilmişdir ki, məktəblə bağlı xatirələrin 75 il sonra belə böyük ehtiramla yad edilməsi təhsilə və müəllim adına olan dərin hörmətin göstəricisidir.

Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Heybət müəllim Fəxri Fərman və hədiyyə ilə təltif olunmuşdur.

Heybət müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və xoş günlər arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: