“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara şəhəri Rasim Camalov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində yubiley tədbiri keçirilmişdir

16/10/2026, 18:09
xeber1

Astara şəhəri Rasim Camalov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərov Rasim Rəhim oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov çıxış edərək Rasim müəllimin uzunillik pedaqoji fəaliyyətindən, təhsil sahəsindəki xidmətlərindən, gənc nəslin təlim-tərbiyəsində, onların milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişdirilməsində göstərdiyi səylərdən bəhs ediblər.

Çıxış edənlər Rasim müəllimi əlamətdar yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Cəfərov Rasim Rəhim oğluna uzunillik səmərəli fəaliyyətinə və 65 illik yubileyinə görə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.

Rasim müəllimi 65 illik yubileyi münasibətilə bir daha təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni nailiyyətlər arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: