Xəbərlər
Astara şəhəri Rasim Camalov adına şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimlərinin 65 illik yubileyləri qeyd olunub

Astara şəhəri Rasim Camalov adına şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri Rəhimova Sədaqət Yusif qızının və Məmmədov Tariyel Məcid oğlunun 65 illik yubileyləri münasibətilə tədbir keçirilmişdir.
Yubiley tədbirində çıxış edənlər müəllimlərin uzunillik səmərəli pedaqoji fəaliyyətindən, gənc nəslin təlim-tərbiyəsində, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna sadiq yetişdirilməsində göstərdikləri xidmətlərdən bəhs etmiş, onları əlamətdar yubileyləri münasibətilə səmimi-qəlbdən təbrik edərək möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətlərində yeni uğurlar arzulamışlar.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Rəhimova Sədaqət Yusif qızına və Məmmədov Tariyel Məcid oğluna təhsil sahəsindəki səmərəli fəaliyyətləri və 65 illik yubileyləri münasibətilə Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunmuşdur.






