“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara təhsil ocağında 65 illik yubiley qeyd olundu.

30/04/2026, 17:30
xeber1

Astara rayonu Nizami Əliyev adına Maşxan kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Hacıyev Müzəffər Manaf oğlunun 65 illik yubileyi münasibətilə geniş və yaddaqalan tədbir keçirilmişdir.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov və Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva iştirak etmişlər.

Çıxış edənlər yubilyarı səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulamış, eyni zamanda Müzəffər müəllimin uzun illər ərzində təhsil sahəsində göstərdiyi məsuliyyətli, dürüst və fədakar fəaliyyətini xüsusi vurğulamışlar.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Müzəffər müəllim fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunmuşdur.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: