“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astarada 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi

06/03/2026, 17:53
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunmuşdur.

Tədbirdə Astara rayonu üzrə ümumtəhsil müəssisələrində çalışan şəhid anaları, Astara rayonun ümumtəhsil məktəblərinin direktorları, məktəblərin ilk həmkarlar təşkilatının sədrləri, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, bağçaların ilk həmkarlar təşkilatının sədrləri və Astara Rayon Təhsil Sektorunun əməkdaşları iştirak etmişlər.

Tədbirdə Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdir müavini, Astara rayonu üzrə təhsil sektorunun müdiri və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri çıxış edərək qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş, onların təhsilin inkişafında və gənc nəslin tərbiyəsində mühüm rol oynadıqlarını vurğulamışlar.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən tədbir iştirakçılarına bayram münasibətilə hədiyyələr təqdim olunmuşdur.

Qadınlara möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: