Xəbərlər
Astarada Ümumilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi.

Bu gün müasir müstəqil Azərbaycanın memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günüdür.
Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov, Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva, ümumi təhsil müəssisələrinin rəhbərləri və rayonun körpələr evi–uşaq bağçalarının rəhbərləri Ulu Öndərin xatirəsini dərin ehtiramla yad etmişlər.
Heydər Əliyev Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin bərpası və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, ölkəmizin müstəqil, güclü və sabit dövlət kimi formalaşmasının əsasını qoymuşdur. Onun siyasi uzaqgörənliyi, müdrik ideyaları və dövlətçilik xətti bu gün də Azərbaycanın inkişaf strategiyasının aparıcı istiqamətidir.
Allah rəhmət eləsin.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər zaman hörmət və ehtiramla anılacaqdır.


















