Xəbərlər
Astaralı şagird Respublika Fənn Müsabiqəsində III yer qazandı

Astara rayonu Sım kənd tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi Aslanzadə Nigar Elşən qızı biologiya fənni üzrə Respublika Fənn Müsabiqəsinin final mərhələsində uğurla iştirak edərək III yerə layiq görülmüş və gümüş medal qazanmışdır.
Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov müsabiqə qalibi və onun biologiya müəllimi ilə görüş keçirmişdir.
Görüş zamanı Cabir Hüseynov şagirdi əldə etdiyi uğur münasibətilə təbrik etmiş, ona gələcək təhsilində və elmi fəaliyyətində yeni nailiyyətlər arzulamışdır. O, eyni zamanda bu uğurun qazanılmasında əməyi olan müəllimə və valideynlərə təşəkkürünü bildirmişdir.
Sonda Respublika Fənn Müsabiqəsinin qalibinə xatirə hədiyyəsi təqdim olunmuş, onun müəllimi isə göstərdiyi səmərəli fəaliyyətə görə təşəkkürnamə ilə təltif edilmişdir.






