Xəbərlər
Astaranın gənc boksçuları ölkə birinciliyində fərqləndi.
05/03/2026, 13:02

Astara rayonu Yaqub Ağayev adına Artupa kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Səmədzadə Səbinə Aqşin qızı boks idman növü üzrə ölkə birinciliyində II yerə, Astara rayonu Ərçivan qəsəbəsi 4 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nəsirzadə İsmayıl Hacıağa oğlu isə I yerə layiq görülmüşdür.
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə qazanılmış bu uğur münasibətilə qaliblər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşdur.
Gənc idmançılarımızı ürəkdən təbrik edir, onlara gələcək yarışlarda da yeni-yeni uğurlar arzulayırıq.








