“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ASUDƏ VAXTIN SƏMƏRƏLİ TƏŞKİLİ

19/06/2026, 14:36
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 121 saylı körpələr evi–uşaq bağçasının ittifaq üzvləri üçün İsmayıllı rayonuna tur təşkil olunub.

Səfər iştirakçıları Azərbaycanın zəngin təbiəti və əsrarəngiz mənzərələri ilə seçilən İsmayıllı rayonunun gözəl guşələrini ziyarət edərək bölgənin tarixi, mədəniyyəti və təbii gözəllikləri ilə yaxından tanış olublar. Dağlarla əhatə olunmuş füsunkar təbiət, sərin hava və yaşıllıqlarla zəngin mənzərələr iştirakçılarda xoş ovqat yaradıb və yaddaqalan təəssüratlar bəxş edib.

Təşkil olunan tur ittifaq üzvlərinə gündəlik iş fəaliyyətindən bir qədər uzaqlaşaraq asudə vaxtlarını səmərəli keçirmək, həmkarları ilə daha yaxından ünsiyyət qurmaq və xoş anlar yaşamaq imkanı yaradıb. Səfər boyunca iştirakçılar arasında səmimi söhbətlər aparılıb, qarşılıqlı fikir mübadiləsi həyata keçirilib və kollektiv münasibətlərin daha da möhkəmlənməsinə şərait yaranıb.

İsmayıllının özünəməxsus təbiəti, sakit atmosferi və gözoxşayan mənzərələri ittifaq üzvlərində dərin təəssürat yaradıb. Gün ərzində çəkilən xatirə şəkilləri və bölüşülən xoş anlar bu səfərin uzun müddət yaddaşlarda qalacağını bir daha nümayiş etdirib.

Səfərin sonunda ittifaq üzvləri onlar üçün yaradılan bu gözəl imkan, göstərilən diqqət və qayğı, eləcə də turun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, bu cür tədbirlərin kollektiv daxilində həmrəyliyin, qarşılıqlı münasibətlərin və birlik ruhunun daha da güclənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

İsmayıllı turu iştirakçıların yaddaşında xoş təəssüratlar və unudulmaz xatirələrlə qalan növbəti gözəl tədbirlərdən biri olub.


Sosial şəbəkələrdə paylaş: