“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Asudə vaxtın səmərəli təşkili

28/07/2026, 14:22
xeber1

Elm və Təhsil işçiləri Həmkarlar ittifaqı

ETIHI Ağstafa Rayon Komitəsinin təşkilatlarından olan Köhnəqışlaq kənd körpələr evi–uşaq bağçasının kollektivi asudə vaxtlarının səmərəli təşkili məqsədilə Didvan gölü ətrafına yaddaqalan istirahət səfəri etmişdir. Səfər iştirakçıları füsunkar təbiət mənzərələri ilə tanış olmuş, təmiz dağ havasından zövq almış, həmkarları ilə xoş və səmimi vaxt keçirmişlər. Belə səfərlər kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə, eyni zamanda onların mənəvi istirahətinin təmin olunmasına mühüm töhfə verir.

Kollektiv üzvləri onlar üçün yaradılan bu gözəl şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin və istirahət proqramlarının davamlı olmasını arzuladıqlarını ifadə etmişlər. Bu kimi təşəbbüslər təhsil işçilərinin sosial rifahına və asudə vaxtlarının səmərəli təşkilinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: