“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİAHİ Laçın Rayon Komitəsi ittifaq üzvləri ilə "Novruz" sevincini bölüşüb

19/03/2025, 18:00
xeber1

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Laçın Rayon Komitəsi tərəfindən xalqımızın qədim milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibətilə bir sıra tədbirlər həyata keçirilmişdir. Bayram münasibətilə komitənin üzvü olan təhsil işçiləri Novruz hədiyyələri ilə təbrik edilmiş, onlara bayram sevinci bəxş olunmuşdur. Keçirilən təşəbbüslərin əsas məqsədi Novruz bayramının birlik, həmrəylik və yenilənmə ruhunu təhsil işçiləri arasında paylaşmaq, onların əməyinə və zəhmətinə göstərilən diqqəti ifadə etmək olmuşdur. Təhsil işçiləri göstərilən qayğıya görə məmnunluqlarını bildirmişlər.


Eyni zamanda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Laçın Rayon Komitəsinin nümayəndələri Novruz bayramı münasibətilə Zabux kənd tam orta məktəbində təşkil olunmuş bayram tədbirində iştirak etmişlər. Tədbirdə Novruzun rəmzləri olan səməni, milli adət-ənənələr, bayram atributları nümayiş etdirilmiş, şagirdlər tərəfindən hazırlanan musiqili-bədii kompozisiyalar təqdim olunmuşdur. Komitə nümayəndələri tədbir zamanı müəllim və şagirdləri Novruz bayramı münasibətilə təbrik etmiş, bu cür tədbirlərin gənc nəslin milli dəyərlər ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını vurğulamışlar.


Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Laçın Rayon Komitəsi milli bayramlarımızın təbliği, təhsil işçilərinin sosial və mənəvi dəstəklənməsi istiqamətində fəaliyyətlərini mütəmadi davam etdirir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: