Xəbərlər
ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbiri keçirilib.

ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən 2025-ci ilin 5 oktyabr tarixində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Yardımlı Olimpiya Kompleksində təşkil olunan tədbirdə Yardımlı rayon təhsil sektorun nümayəndələri, şəhid valideyinləri və rayon ümumtəhsil müəssisələrin müəllimləri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyev və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb. Gənc nəslin formalaşmasında müəllimlərin misilsiz rolundan söz açaraq müəllimliyin insanın ömürlük missiyası olduğunu bildirib və onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Tədbir bədii hissə ilə davam edib.
Sonda bir qrup fəal müəllimlərə ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim etdi.









