Xəbərlər
ATİAHİ Yardımlı rayon komitəsi “Zəfər Günü”nünə həsr olunmuş bayram tədbiri keçirtdi.

07 noyabr 2024-cü ildə Yardımlı rayon komitəsi “Zəfər Günü”nünə həsr olunmuş bayram tədbirləri keçirildi.
"Zəfər" bayramı münasibəti ilə təşkil edilən tədbirin məqsədi müzəffər Azərbabycan Ordusunun 2020-ci il Vətən müharibəsində qazandığı qələbəni yad etmək, şəhidlərin xatirəsini anmaq və şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirməkdir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərlə bərabər şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edənlər "Zəfər Günü"nün xalqımızın tarixində mühüm əhəmiyyət daşıdığını vurğuladı, bu qələbənin gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi olduğunu qeyd bildirdilər.
Daha sonra şagirdlər "Zəfər Günü"nə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda səhnəciklər nümayiş etdirdilər.
Bu gün millətimizin qürur günüdür!
Şəhidlərimizin qanı bahasına qazanılan bu zəfər daim qəlbimizdə yaşayacaqdır.










