“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİAHİ Komandasının dəstəyi ilə Səbail Rayon Komitəsinin ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Respublikanın müxtəlif rayonlarına turlar təşkil olunmaqda davam edir.

08/07/2025, 11:38
xeber1

Səbail Rayon komitəsinin üzv təşkilatlarından olan 219№li Evdə Təhsil tam orta məktəbin kollektivi - Şamaxı və 160 №li Klassik Gimnaziyanın kollektivi üçün Quba-Qusar rayonlarına turlar təşkil olunub.

İttifaq üzvləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının qayğısı ilə təşkil olunan bu kimi istirahət proqramlarını təhsil işçilərinin əməyinə verilən qiymət kimi dəyərləndirir. Bu qayğıya görə Səbail Rayon Komitəsi ittifaq üzvləri adından ATİAHİ-nin və AHİK -in rəhbərliyinə dərin təşəkkürünü bildirir.

Sosial şəbəkələrdə paylaş: