Xəbərlər
ATİAHİ Quba Rayon Komitəsindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Həsr Olunmuş tədbiri

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Quba Rayon Komitəsi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Quba rayon Ümumi Təyinatlı İnternat Tipli Məktəbində valideyn himayəsindən məhrum uşaqlarla görüş keçirmişdir. Məktəbin direktoru Emin Bayramov tədbir iştirakçılarını məktəbdə uşaqlar üçün yaradılmış şəraitlə tanış etmişdir. Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba sektorunun müdiri Pərviz Nurməmmədov da iştirak etmişdir. ATİAHİ Respublika Komitəsinin razılığı və dəstəyi ilə həmin məktəbə təhsilin keyfiyyətinin yüksəldilməsinə dəstək məqsədilə bir ədəd SHİVAKİ markalı televizor təqdim edilmişdir. Tədbir zamanı Quba sektorunun müdiri Pərviz Nurməmmədov və məktəbin direktoru Emin Bayramov göstərilən diqqət və qayğıya görə ATİAHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə öz dərin təşəkkürlərini bildirmişlər.








