Xəbərlər
ATİAHİ Respublika Komitəsi dünya birincisi olan şəhid övladını təbrik etdi
Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Avstraliyanın Sidney şəhərində keçirilən IMEC Beynəlxalq Riyaziyyat Olimpiadasında 1-ci yerə layiq görülərək qızıl medal qazanıb. Araz Şadmanzadə 64 nəfər arasında qızıl medal qazandığı 1 saatlıq yarışmanı 18 dəqiqə 22 saniyəyə bitirib.
Balaca Arazın bu uğurunda əziyyəti olan şəhidin xanımı Gülşən Rəhimovanı övladının Beynəlxalq Riyaziyyat Olimpiadasında dünya üzrə 1-ci yerə layiq görülməsi münasibəti ilə AHİK üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin kollektivi adından təbrik edirik.
Bildiririk ki, ATİAHİ Respublika Komitəsi hər zaman ittifaq üzvlərinin, xüsusilə də şəhid ailəsi üzvlərinin əmək hüquqlarının qorunması və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Qeyd edək ki, Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun xanımı Şuşa şəhəri Malıbəyli kənd 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimidir. Şuşa Rayon Komitəsinin ittifaq üzvüdür.



