Xəbərlər
ATİAHİ Respublika Komitəsi ittifaq üzvlərinə psixoloji dəstək aksiyasını davam etdirir.

Ödənişsiz psixoloji dəstək layihəsindən artıq 700-dən çox təhsil işçisi faydalanıb
Qeyd edək ki, ATİAHİ Respublika Komitəsinin dəstəyi, Orvita Psixoloji Reabilitasiya Mərkəzi, NR İnkülziv Mərkəzi və NEYRO Akademiyasının təşkilatçılığı ilə yanvar ayında başlayan təlimlərin məqsədi ümumtəhsil məktəblərində çalışan ittifaq üzvlərinə ödənişsiz psixoloji dəstək göstərmək və onların düşüncələrinin düzgün şəkildə inkişaf etməsinə kömək olmaqdır.
Hazırda layihədən Bakı şəhərində çalışan 730 təhsil işçisi faydalanıb. Eyni zamanda, artıq ölkənin regionlarında fəaliyyət göstərən təhsil işçiləri də psixoloji dəstək almaq üçün müraciət etməyə başlayıblar. Təlimlər yüksək ixtisaslı və təcrübəli psixoloqlar tərəfindən keçirilir.
Gələcəkdə layihə ölkənin bütün bölgələrini əhatə edəcək.



