Xəbərlər
ATİAHİ Respublika Komitəsi tərəfindən AƏSMA -da növbəti təlimlər keçirilib

Aprelin 5-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin "Sinerji" təlim və inkişaf proqramı çərçivəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) müəllim heyəti, eləcə də tələbələri üçün növbəti təlimlər keçirilib.
ATİAHİ Respublika Komitəsi tərəfindən baş tutan təlimlər çərçivəsində "Məhsuldarlıq və strategiyalar", "Layihələrin idarə edilməsi" mövzularından bəhs edilib.
Təhsil eksperti, təlimçi Səidə Haciyeva tərəfindən təlimdə "Məhsuldatlıq nə deməkdir", "SWOT analizi nədir?", "Hansı amil məhsuldarlıq üçün ən vacibdir? və başqa mövzularda ətraflı məlumat verilib.
Fintech layihə meneceri, təlimçi Nicat Məmmədov tərəfindən isə tələbələrə "Layihə necə hazırlanır?", "Layihə meneceri kimdir?", "Layihənin quruluşu" və digər mövzularda təqdimat keçirilib, tələbələrin sualları cavablandırılıb.
Təlimlər fikir mübadiləsi ilə davam etdirilib.







