“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİAHİ Respublika Komitəsinin təşkil etdiyi psixoloji dəstək layihəsindən 2280 təhsil işçisi faydalanıb

27/02/2025, 15:25
xeber1

Yanvar ayından başlayaraq, ATİAHİ Respublika Komitəsi ittifaq üzvləri üçün psixoloji dəstək layihəsi çərçivəsində Bakı şəhərindəki ümumtəhsil müəssisələrində çalışan təhsil işçilərinə təlimlər təşkil edir. Layihənin əsas məqsədi təhsil işçilərinin peşəkarlıq səviyyələrini artırmaq və təlim prosesində onların düşüncə tərzinin düzgün inkişafına dəstək olmaqdır.


Təlimlər peşəkar və təcrübəli psixoloqlar tərəfindən aparılır və iştirak etmək ödənişsizdir. Bu həftə layihədən 830 nəfər yararlanıb, ümumilikdə isə 2280 nəfər faydalanıb. Gələcəkdə layihənin ölkə üzrə bütün ittifaq üzvlərini əhatə etməsi planlaşdırılır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: