Xəbərlər
ATİAHİ Səbail Rayon Həmkarlar komitəsinə üzv olan təşkilatlarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1925-ci ildə Cenevrədə Uşaqların Rifahı üzrə Ümumdünya Konfransı zamanı elan edilmişdir. 4 noyabr 1949-cu ildə Moskvada Qadınların Beynəlxalq Demokratik Federasiyası tərəfindən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi təsis olunmuşdur.
1950-ci ildə BMT Baş Assambleyası tərəfindən bu günün uşaqların müdafiəsinə həsr edilməsi qərara alınmışdır.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-də Uşaq Hüquqları Konvensiyası qəbul olunmuş və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu konvensiyaya qoşulmuşdur. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli və Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılmışdır. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
ATİAHİ Səbail Rayon Həmkarlar komitəsinə üzv olan təşkilatlarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.Bu kimi tədbirlər bir daha göstərir ki, ATİAHİ olaraq uşaqların hüquqlarının müdafiəsi və onların sağlam mühitdə inkişafı bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Gələcəyin təməlini qoyan balaca vətəndaşların rifahı üçün görülən hər bir iş sabaha olan inamın təzahürüdür.





