“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİAHİ Səbail Rayon Komitəsi üzv təşkilatları arasında " 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü " ilə əlaqədar voleybol yarışı təşkil etdi.

05/03/2025, 19:19
xeber1

Prezident İlham Əliyevin 2005-ci ilin mart ayında imzaladığı sərəncama əsasən, hər il 5 mart “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd edilir.

Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün məhz 5 martda qeyd olunması təsadüfi deyil. Belə ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib və bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

ATİAHİ Səbail Rayon Komitəsi “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə əsaslanaraq üzv təşkilatları arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar voleybol yarışı təşkil etdi. Yarışda müxtəlif təşkilatlardan 6 komanda iştirak etdi. Bütün iştirakçılara təşəkkürnamə və hədiyyələr təqdim edildi. Yarışın qalibləri isə kubok və xüsusi hədiyyələrlə təltif olundu.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: