Xəbərlər
ATİAHİ Səbail Rayon Komitəsi iyul ayı ərzində yubileyi ittifaq üzvlərini təbrik etdi.
08/07/2025, 11:35

Səbail Rayon Komitəsi 2024-2025-ci tədris ilində 65, 70 yaşı tamam olmuş və məktəblə vidalaşan 13 təhsil işçisi ilə görüş təşkil etdi .Onları bu çətin və məsuliyyətli işi şərəflə başa vurduqları üçün təbrik etdi. Eyni zamanda tədbirdə iyul ayı ərzində yubileyi olan 5 nəfər -50 yaş, 3 nəfər -55 yaş, 5 nəfər - 60 yaşı tamam olacaq yubiliyarlar da iştirak etdi . Bütün yubiliyarlar təşəkkürnamə , hədiyyə və gül dəstələri ilə təbrik edildi.
ATİAHİ komandası adından ittifaq üzvlərini təbrik edir,onlara can sağlığı ,uzun ömür və işlərində uğurlar arzu edirik!






