“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİAHİ Səbail Rayon Komitəsi rayonun qabaqcıl təhsil işçiləri ilə görüş keçirmiş, onları 8 Mart – Qadınlar Günü münasibətilə təbrik etmiş və onlara hədiyyələr təqdim etmişdir.

07/03/2025, 19:26
xeber1

Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart – Beynəlxalq Qadınlar Günü hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur.

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.

Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur.

Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbiyyat xadimləri, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür.

ATİAHİ Səbail Rayon Komitəsi 07.03.2025-ci il tarixində rayonun qabaqcıl təhsil işçiləri ilə görüş keçirmiş, onları 8 Mart – Qadınlar Günü münasibətilə təbrik etmiş və onlara hədiyyələr təqdim etmişdir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: