“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİAHİ Səbail Rayon Komitəsi torpaqlarımızın azadlığı uğrunda şəhid və qazi ailələri ilə birlikdə Şuşa şəhərinə səfər etmişdir.

09/03/2025, 19:30
xeber1

Bu gün torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün qəhrəman anaların və xanımların, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır.

Bu gün Azərbaycan qadını Beynəlxalq Qadınlar Gününü daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladlar 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi.

Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.

ATİAHİ Səbail Rayon Komitəsi torpaqlarımızın azadlığı uğrunda şəhid və qazi olanların ailələri ilə birlikdə böyük qürur və fəxrlə doğma torpaqlarımıza səfər etmişdir.

Bu qüruru bizə yaşadan hər bir şəhid anasının qarşısında baş əyirik!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: