Xəbərlər
ATİAHİ Səbail Rayon Komitəsinə üzv olan təhsil ocaqlarında müasir Azərbaycan qurucusu ,dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Dəyərlərimizi qoruyaq “ adlı silsilə tədbirlər keçirilir .

29 aprel , 2025- ci il tarixində 91№li tam orta məktəbdə milli-mənəvi dəyərlərimizin qorunması,təhsil alanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi istiqamətində görülən işləri əks etdirən tədbir keçirildi.
Tədbirdə qədim Bakı,Qarabağ,Cənub-Lənkəran , Şimal-Quba ,İsmayıllı –İvanovka , Gəncə,Şəki,Naxçıvan mətbəxi və folkloru haqqında təqdimatlar təhsil işçilərinin və şagirdlərin ifasında təqdim olundu .
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova , Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun müdiri Günay Qurbanova və Səbail rayonu üzrə məktəb direktorları iştirak etdi.