Xəbərlər
ATİAHİ Səbail rayon komitəsinin üzv təşkilatı olan 163 №li tam orta məktəbdə "Konstitusiya və Suverenlik ili" - nə həsr olunan "Gənclik və Hüquq" adlı tədbir keçirildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olmağı ilə əlaqədar Prezident cənab İlham Əliyev 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etmişdir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir.
10.04.2025-ci il tarixdə ATİAHİ Səbail rayon komitəsinin üzv təşkilatı olan 163 №li tam orta məktəbdə "Konstitusiya və Suverenlik ili" - nə həsr olunan "Gənclik və Hüquq" adlı tədbir keçirildi.
Tədbirdə YAP Səbail Rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın katibi Günay Əkbərova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Respublikasının Ombudsman aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Təranə Piriyeva, ATİAHİ Səbail Rayon Komitəsinin sədri Leyla Baxşıyeva və bir çox məktəb direktorları da iştirak etdi .





