Xəbərlər
ATİAHİ Səbail Rayon Komitəsinin üzv təşkilatları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirir.

ATİAHİ Səbail Rayon Komitəsinin üzv təşkilatları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirir.
06.05.2025-ci il tarixdə Məmməd Rahim adına 7№li tam orta məktbin təşkilatçılığı ilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı “(OCEP) çərçivəsində Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş idman festivalı keçirildi.
Festivalda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova ,Milli olimpiya Komitəsinin (MOK) vitse –prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev , Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova ,Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev iştirak edib.





