Xəbərlər
ATİAHİ Səbail rayonunun 7№li, 91№li , 189-190№li və 236 №-li tam orta məktəblərinin rus bölməsinin şagirdləri arasında “Ana dilim – Mənim milli varlığımdır” adlı bilik yarışı təşkil edildi.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi dünyasının zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə digər xalqların mədəni irsi ilə tanış olmağa və onlarla ünsiyyət qurmağa imkan yaradır.
203 №-li tam orta məktəbin rəhbərliyinin təşəbbüsü ilə Səbail rayonunun 7, 91, 189-190 və 236 №-li tam orta məktəblərinin rus bölməsinin şagirdləri arasında
“Ana dilim – Mənim milli varlığımdır” adlı bilik yarışı təşkil edildi. Tədbirin keçirilməsinin əsas məqsədi maddi və mənəvi irsimizi qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitə olan ana dilimizi şagirdlərə mənimsətməkdir.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Bu borcu şərəflə yerinə yetirən hər bir təhsil işçisinə ATİAHİ Səbail Rayon Komitəsi adından dərin minnətdarlığımızı bildiririk.





