“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİAHİ Xətai Rayon Komitəsi öz fəaliyyətində ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi ilə yanaşı, pedaqoji fəaliyyətlə məşğul olan yubilyar müəllimlərə, ömrünü təhsilalanların yetişməsinə həsr etmiş və əmək fəaliyyətinin son yaş həddinə çatmış təhsil işçilərinə də xüsusi diqqət və ehtiram göstərir.

08/07/2025, 12:59
xeber1

Komitə 65 yaşı tamam olaraq əmək fəaliyyətini başa vuran, gənc nəslin təlim-tərbiyəsində misilsiz xidmətləri olan müəllimləri fəxri fərman və hədiyyələrlə təltif etməklə onların şərəfli və fədakar əməyini yüksək qiymətləndirir.

Təhsilə, biliyin və dəyərlərin ötürülməsinə ömrünü sərf etmiş bu fədakar insanların zəhməti hər zaman ATİAHİ Xətai Rayon Komitəsinin diqqət mərkəzində saxlanılır. Bu isə, öz növbəsində, təhsil ictimaiyyətinə verilən dəyərin və müəllim əməyinə olan hörmətin Komitəmiz tərəfindən nümayiş etdirilən bariz nümunəsidir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: