“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİAHİ Xətai Rayon Komitəsi tərəfindən ittifaq üzvlərinə bir sıra istirahət turları təşkil olunmuşdur.

07/07/2025, 18:09
xeber1

TİAHİ Xətai Rayon Komitəsi öz fəaliyyətində ittifaqı üzvlərinin sosial rifahının yaxşılaşdırılmasına, onların mədəni və mənəvi inkişafının təmin olunmasına xüsusi önəm verir. Bu məqsədlə yay aylarında ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətinin təmin olunması istiqamətində bir sıra səfərlər təşkil edilmişdir.

Komitə tərəfindən ölkəmizin füsunkar təbiətə malik bölgələrinə — Quba, Qusar, Şamaxı, Xızı, Lənkəran, Lerik və digər turistik rayonlara istirahət turları təşkil olunmuşdur. Bu kimi tədbirlər iştirakçılarda yüksək əhvali-ruhiyyə yaratmaqla yanaşı, kollektivdə həmrəylik və birlik ruhunun möhkəmlənməsinə də xidmət etmişdir.

ATİAHİ Xətai Rayon Komitəsi gələcəkdə də ittifaq üzvlərinin sosial təminatının gücləndirilməsi, eləcə də onların mədəni və mənəvi inkişafına yönəlmiş müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: