Xəbərlər
ATİAHİ Yardımlı rayon komitəsi 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bayram tədbirləri təşkil etdi.

29-30 may 2025 ci il tarixlərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsi tərəfindən rayonun Zərifə xanım Əliyeva adına şəhər 1 saylı, şəhər 2 saylı, Cayüzü və Yolacaq kənd uşaq bağcalarında 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bayram tədbirləri təşkil olunmuşdur.
Tədbirdə YardımlıTəhsil Sektorun və Yardımlı Rayon İcra Hakimiyyətin nümayəndəsi, valideynlər iştirakı etmişlər.
Bayram tədbirlərində bağça uşaqları əyləncəli və maraqlı səhnəciklər nümayiş etdirmiş, rəngarəng proqramları ilə iştirakçılara xoş anlar yaşatmışlar.
Tədbirlərin sonunda ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən bağça uşaqlarına hədiyyələr təqdim olunmuşdur.
Bayramız mübarək əziz uşaqlar!








