“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən şağirdləri arasında şahmat yarışı təşkil olundu.

27/05/2025, 16:47
xeber1

Azərbaycan Təhsil İşçləri Azad Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsi və Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 26 may 2025-ci il tarixdə Yardımlı şəhər M.F.Axundov adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində ümümtəhsil məktəblərinin şağirdləri arasında şahmat yarışı təşkil olundu.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğurunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Yarışda ümumilikdə 48 nəfər şağird iştirak edib və öz intellekt bacarıqlarını nümayiş etdirib.Gərgin və maraqlı keçən turnirin sonunda qaliblər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olundular.

Qalıbləri təbrik edir, iştirakçılara təşəkkürümizi bildiririk!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: