“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİAHİ Yardımlı rayon komitəsi "Ulu Öndər və gəncliyimiz" mövzusunda tədbir keçirdi.

02/02/2025, 11:59
xeber1

02 fevral 2025-ci il tarixdə Yardımlı rayonunda ATİAHİ Yardımlı RK-nin və Yardımlı rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi.

Əvvəlcə, memarı olduğu müasir Azərbaycanın gənclərinə bu günü bayram kimi bəxş edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olundu, abidəsi ziyarət olunaraq önünə tər qərənfillər düzüldü. Sonra Ulu Öndərin adını daşıyan Mərkəzdə Yardımlı rayon İcra Hakimiyyəti, Yardımlı rayon Gənclər və İdman sektoru , Yardımlı rayon Heydər Əliyev Mərkəzinin nümayəndələri və rayonumuzun təhsil, həmçinin ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclərlə birlikdə "Ulu Öndər və gəncliyimiz" mövzusunda dəyirmi masa keçirildi. Çıxış edənlər respublikamızın ictimai-siyasi həyatında, həmçinin gənc nəslin təlim-tərbiyəsində gənclərin çiyninə düşən vəzifələrdən danışdılar. O cümlədən, ölkənin firavan gələcəyi naminə gənclərin öhdəliklərdən, onların xalqımızın və dövlətimizin rifahı üçün nə dərəcədə əhəmiyyətli olmasından da bəhs olundu. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olmasında qəhrəmanlıq salnaməsi yazan gənclərin göstərdikləri şücaətdən danışdılar. Canlardan keçən igid oğullarımızın -şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra tədbir rayon idman komleksinin banket zalında bayram abu-havası ilə davam etdirildi. Gənc iştirakçılara öz ürək sözlərini sərbəst ifadə etmək üçün şərait yaradıldı. Onlar da ilk növbədə xüsusi təşəkkürlərini dilə gətirib ardınca daima inkişaf və tərəqqi naminə addımlar atacaqları, örnək davranışları ilə seçiləcəkləri barədə söz verdilər. Həmçinin, gənc müəllimlər öz karyeralarında əldə etdikləri nailiyyətləri bölüşərək rastlaşdıqları problemlərdən, gələcək planlardan da danışdılar. Rəhbərliklə diskussiya şəraitlndə keçən çay süfrəsi bədii hissə ilə davam etdirildi.

Sonda dəvət olunanlara ATİAHİ Yardımlı RK-nin hədiyyələri təqdim edildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: