“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİAHİ Yardımlı rayon komitəsi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirdi.

26/02/2025, 14:17
xeber1

26 fevral 2025-ci il tarixində ATİAHİ Yardımlı rayon Komitəsi, Yardımlı rayon təhsil sektorununun əməkdaşları, Yardımlı rayonun ümumtəhsil müəssisələrdə çalışan ittifaq üzvləri ilə birlikdə Şəhidlər Kompleksində Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə soyqırım qurbanlarının xatirəsi ehtiramla anıldı.

33 il öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalı şəhidlərinin qisasının alındığını, onların qanının yerdə qalmadığını 2024-cü ilin yanvarında yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev bir daha bildirərək dedi: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onuu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: