Xəbərlər
ATİAHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə ümümtəhsil məktəblərinin təhsi işçiləri arasında şahmat yarışı təşkil olundu.

ATİAHİ Yardımlı RK-nin təşkilatçılığı ilə 14 aprel 2025-ci il tarixdə ümümtəhsil məktəblərinin təhsi işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibət ilə şahmat yarışı təşkil olundu. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətən uğurunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yarışda 18 nəfərdən ibarət həvəskar təhsil işçiləri öz zəkalarını sınadı. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Ostayır məktəbin müəllimi Ağayev İsa Siyab oğlu I yer tutaraq Respublika Komitəsində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazandı.
Yarışın qalıblər ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olundular.
Qalıbləri təbrik edir, iştirakçılara təşəkkürümizi bildiririk.








