Xəbərlər
ATİAHİ-nin dəstəyi ilə AƏSMA-da növbəti təlimlər keçirilib
23/04/2025, 12:44

Aprelin 19-da AƏSMA-da keçirilən “Sinerji” təlim və inkişaf proqramı çərçivəsində 60-dan çox tələbə və müəllim heyəti iştirak edib.
Təlim “Özünü tanı”, “Şəxsi brendinq”, “Bacarıqların monitorinqi”, “İşəgötürənlərin tələbləri” mövzularına həsr olunub. Əsas məqsəd iştirakçılara praktiki bacarıqlar qazandırmaqla yanaşı, həm də onların peşəkar inkişafını təşviq etməkdir. Sonda iştirakçılara şəxsi inkişafın qiymətləndirilməsi məqsədilə test tapşırıqları təqdim edilib, onlara praktiki bacarıqlarını inkişaf etdirmək üçün təcrübi məşğələlər keçirilib.






