Xəbərlər
ATİAHİ-nin məsul əməkdaşları və THİK sədrləri Fibonaççi İdarə Heyəti ilə görüşüb
01/03/2025, 17:34

28 fevralda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşəbbüsü ilə Fibonaççi Olimpiadalarının təsisçisi və idarə heyətinin sədri Orxan Çevikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Fibonaççi Olimpiadaları 50-yə yaxın ölkədə təşkil olunur və bu fəaliyyətlərin Azərbaycanda da genişləndirilməsi planlaşdırılır.
Görüşdə qarşılıqlı əməkdaşlıq, gələcək fəaliyyət perspektivləri və layihəyə dəstək məsələləri müzakirə olunub.
Qeyd edək ki, 1-2 mart tarixlərində Fibonaççi Beynəlxalq Robot Olimpiadasının Azərbaycan Milli Çempionatının final mərhələsi keçiriləcək.





