“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİAHİ-nin psixoloji dəstək layihəsindən mart ayında 526 təhsil işçisi yararlanıb

13/03/2025, 22:30
xeber1

ATİAHİ Respublika Komitəsinin dəstəyi ilə həyata keçirilən psixoloji dəstək layihəsi çərçivəsində mart ayında 526 təhsil işçisi bu xidmətdən yararlanıb. Bu dəfə təlimlər Bakı şəhərinin Nizami, Xəzər və Xətai rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün təşkil edilib.


Təlimlər zamanı iştirakçılara peşəkar psixoloqlar tərəfindən layihənin məqsədi barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb. Təlimin əsas məqsədi təhsil işçilərinin psixoloji rifahını yüksəltmək və onların peşə fəaliyyətində qarşılaşdıqları çətinliklərdə dəstək göstərməkdir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: