Xəbərlər
ATİAHİ-nin üzv təşkilatlarında Xocalı soyqırımına həsr olunmuş anım tədbirləri keçirilib

Bu gün Xocalı soyqırımından 33 il ötür. ATİAHİ-nin üzv təşkilatları və şəhər-rayon komitələrində faciənin ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib. Tədbirlərdə Xocalı soyqırımının dəhşətlərinin insanlıq tarixi üçün böyük bir terror aktı və qətliam olduğu vurğulanıb. Həmçinin, bu faciənin unudulmaması və xalqın yaddaşından silinməməsinin vacibliyi xüsusilə qeyd olunub.
Tədbirlər çərçivəsində məktəblərdə Xocalı soyqırımına dair fotolardan ibarət sərgilər təşkil edilib, hadisəyə həsr olunmuş video çarxlar nümayiş etdirilib. Çıxışlarda, Xocalı soyqırımının qurbanlarının və Vətənin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirələri ehtiramla anılıb.
Tədbirlərin sonunda Xocalı soyqırımının qurbanları və şəhidlərin büstləri önünə tər qərənfillər qoyulub, onların ruhu dərin hörmətlə yad edilib.
#AHİK #ATİAHİ #XocalıSoyqırımı






